Ruhani: Xalqın tələbləri üçlü qüvvənin əməkdaşlığı ilə təmin edilə bilər
-
Həsən Ruhani
İran İslam Respublikası prezidenti deyib: Xalqın istək və tələbləri ilk sırada, siyasi, mədəni, ictimai və iqtisadi problemlər arasında yer alır.
Cənab Həsən Ruhani bazar günü axşam Nazirlər Kabineti ilə İslam Şurası Məclisi arasındakı birgə iclasda infilyasiyanın azaldılması məqsədi ilə dövlətin malik olduğu proqramlara işarə edərək, durğunluq halından xilas olmaq və inkişafa doğru hərəkət etmək üçün görülən işlərdən danışıb və deyib: İqtisadiyyatın çiçəklənməsi və məşğulluq bazarının aktivləşdirilməsi üçün bütün güc strukturları və dövlət qrumları bir-birinin kənarında dayanmalıdır.
H.Ruhani: Region ölkələri və qonşu ölkələr ilə müqayisədə hazırkı şəraitdən daha yaxşı vəziyyətə malik ola bilərdik. Və 8%-lik inkişaf, tək rəqəmli infilyasiya, işsizlik səviyyəsinin tək rəqəmli olması və yerli və xarici sərmayələrin cəzb edilməsi o qədər də mürəkkəb və imkansız məsələlər deyillər.
O, dövlətin işsizlik səviyyəsinin azaldılmasında bir çox proqnozlardan daha öndə olduğunu bildirib və deyib: Ölkədə bir çoxları elə təsəvvür edirlər ki, bu mümkün deyil. Amma, biz cari ildə tək rəqəmli infilyasiyaya nail olduq və bu gedişin davam etdirilməsinə səy göstərilir.