İran Ərəb Liqasının baş katibinin sözlərinə reaksiya verdi
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Ərəb Liqasının yeni baş katibinin açıqlaması tələsik və qeyri-konstruktivdir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi Ərəb Liqasının yeni baş katibi Əhməd Əbulqeyzin İran barəsindəki qeyri-konstruktiv açıqlamasına reaksiyada ona tövsiyə edib ki, Ərəb Liqası əsasnaməsinə əsasən üzvləri arasında böhranların dinc yolla həll edilməsinə kömək etməli olduğu halda, bir ərəb ölkəsinin digər ərəb ölkəsinə hərbi hücumunu dəstəkləmiş, təcavüz və qardaş qırğınını təsdiqləmişdir.
İran XİN sözçüsü bildirib: Əsassız və düşmənçilik mövqelərinin təkrarlanması əslində regionun mövcud reallıqlarında dəyişiklik yaratmır və islam ümməti diqqətini islam dünyası əleyhinə müştərək təhlükə, yəni işğalçı sionistlər və terrorçu qruplaşmalarla mübarizəyə yönəltməlidir.
Ərəb Liqasının yeni baş katibi Əhməd Əbülqeyz bazar günü qərəzli açıqlamasında İranın ərəb ölkələrinin daxili məsələlərində müdaxilə etdiyini iddia edib.