İyul 13, 2016 14:44 Asia/Baku
  • Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

İran İslam Respublikasının xarici işlər naziri deyib: Xəzər dənizi ilə əlaqədar 20 illik intensiv müzakirələr və mövzuların mürəkkəbliyinə rəğmən bu su hövzəsinin əhəmiyyəti heç də azalmayıb.

İşçi qrupdan ibarət bir heyətə başçılıq edərək xəzəryanı ölkələrin XİN başçılarının iclasında iştirak etmək üçün Qazaxıstana səfər edən İİR xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib: Xəzər dənizinin hüquqi statusu konvensiyası sahilyanı ölkələrin hüquqlar və məsuliyyətlərini, əməkdaşlıq və fəaliyyət prinsiplərini özündə ehtiva edəcək mükəmməl bir sənəddir.

Zərif Xəzər dənizinin özünə məxsus şəraitinə toxunaraq deyib: Xəzərin hüquqi statusu elə hazırlanmalıdır ki, geopolitik dəyişiklikləri diqqətdə saxlamaqla yanaşı bütün sahilyanı ölkələrin mənafelərinə də zəmanət versin. Bunun üçün sülh , təhlükəsizlik, davamlı inkişaf və dəniz bölgələrinin hüdudlarının insaflı şəkildə müəyyənləşdirilməsindən ibarət təməl ünsürlər diqqət mərkəzində saxlanılmalı və dənizin statusunun hazırlanmasında sahilyanı ölkələrin fəaliyyətlərində prioritet təşkil etməlidir.

İran İslam Respublikası belə qənaətdədir ki, dənizdən sülhməramlı istifadə, silahlanma üzrə rəqabətdən çəkinmə, üzvlər arasındakı əlaqələrdə hərbi qüvvələrdən istifadəyə qadağa, önləyici diplomatiyanın gücləndirilməsi, təhdidlərə qarşı birgə mübarizə, ixtilafların məhz dinc yolla həll edilməsi və böhranlar və fövqəladə hallara qarşı hazırlıqda şəffaflıq regionda sülh və sabitlik üçün lazımı zəminlər yaratmış olacaq.

Zərif bu barədə deyib: Uzun müddətli kollektiv mənafeə riayət, hazırkı və gələcək nəsillərin ehtiyaclarının təmini nöqteyi nəzərindən Xəzəryanı ölkələr bu dənizin ətraf mühitini mühafizə etməklə yanaşı, dənizin xüsusi ilə bioloji ehtiyatlarının qanunsuz istismarından çəkinməlidirlər.

Xəzərdə sahil sularının hüdudlarının müəyyənləşdirilməsi Xəzəryanı ölkələrin müzakirə etdikləri ən önəmli mövzulardan biridir.

Beynəlxaq hüquqda qəbul edilmiş bir nörma olaraq insaf prinsipindən faydalanmaq bütün xəzəryanı ölkələr üçün qəbul ediləcək bir həll yoluna gətirib çıxaracaqdır.

İİR bu məqsədlərin reallaşması üçün Xəzəryanı ölkələrin fikir birliyi ilə öhdəliklər və səlahiyyətləri müəyyənləşdiriləcək bir daimi regional qurumun yaradılmasını dəstəkləyir.

 

Teqlər