İyul 17, 2016 19:55 Asia/Baku
  • Orta Şərqdə iki sərnişinli ilk elektrik avtomobili
    Orta Şərqdə iki sərnişinli ilk elektrik avtomobili

İstedadlı iranlı tələbələr Orta Şərqdə iki sərnişinli ilk elektrik avtomobili olan "Qəzal-3"ü təqdim ediblər. Bu avtomobil maksimum saatda 30 kilometr sürətlə hərəkət edə bilir.

"Qəzal-3" avtomobilini Tehran Universitetinin elektrik, mexanika və sənaye mühəndisliyi ixtisasları üzrə tələbələrindən 40 nəfər layihələşdirərək, düzəldibdir.

Bu avtomobil Qəzal avtomobillərinin üçüncü nəslindən olaraq, 2015-ci ildə Avstraliyada keçirilən təmiz enerjili avtomobillərin beynəlxalq yarışlarının sürət bölməsində üçüncü yeri tuta bilibdir.

 

Qəzal-ın maksimum sürəti, saatda 30 kilometrdir.

 

"Qəzal-3" avtomobili Orta Şərqdə iki sərnişinli ilk elektrik avtomobilidir və qərar üzrə səkkiz gün ərzində Ənzəli azad məntəqəsindən Fars Körfəzinədək 2700 kilometrlik məsafəni keçməlidir.

Teqlər