Zərif ciddi şəkildə Nigeriyadan Şeyx Zəkzəkini azad etməsini istəyib
-
Zərif ciddi şəkildə Nigeriyadan Şeyx Zəkzəkini azad etməsini istəyib
İran İslam Respublikasının xarici işlər naziri Nigeriyanın prezidenti və xarici işlər nazirindən Şeyx İbrahim Zəkzəkini azad etmələrini istəyib.
İranlı heyətin Nigeriyaya səfərində iştirak etmiş Camiətul-Mustəfa(s.ə.s.) təşkilatının nümayəndəsi Əli Fəllah Zərumi bildirib:İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Nigeriyanın prezidenti və xarici işlər naziri ilə görüşdə Şeyx İbrahim Zəkzəkinin cismani durumundan nigaranlıq edərək, bütün islami firqələri birliyə çağıran bir şəxs kimi onun azadlığını vurğulayıb.
ISNA-nın məlumatına görə, Camiətul-Mustəfa(s.ə.s.) təşkilatının nümayəndəsi əlavə edib: İranın xarici işlər naziri vurğulayıb ki, Şeyx Zəkzəkinin azad edilməsi mütləq Nigeriyadakı Bokoharam ekstremistləri ilə mübarizədə səmərəli təsir buraxacaq.
Zərif həmçinin nigeriyalı rəsmilərə Şeyx Zəkzəkinin müalicəsinə ehtiyac olduğunu xatırladıb.
Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Yəqub Zəkzəki 2015-ci il dekabrın 13-də bu ölkə ordusunun Bəqiyətəllah hüseyniyyəsinə və onun mənzilinə qarşı hücumunda yaralanıb və ordu tərəfindən həbs olunubdur.
Nigeriya ordusu bu hücumun səbəbini Şeyx Zəkzəkinin tərəfdarlarının Zarya məntəqəsində Nirgeriya ordusunun baş qərargah rəisini terror etməyə səy göstərmək elan edib. Nigeriya dövləti onun günahını sübu edə bilməyib və Şeyx Zəkzəki dəlilsiz və günahsız surətdə həbsdədir.