Zərif Nikaraquada səfərdədir
-
Zərif Nikaraquada səfərdədir
İran İslam Respublikasının xarici işlər naziri Latın Amerikası ölkələrinə turnesinin davamında Nikaraquanın paytaxtı Manaqua şəhərinə daxil olub.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif bazar günü Latın Amerikası ölkələrinə turnesinin əvvəlində ilk olaraq Havanada olaraq, Kuba rəsmilər ilə görüşüb, danışıqlar aparıb. Bu görüşlərdə Tehran və Havana arasında iqtisadi əlaqələrin genişləndirilməsi yolları araşdırılıb.
Zərif həmçinin, Kubanın müstəqilliyi uğrunda gedən mübarizə dövrünün qəhrəmanı olmuş Xoze Martinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, abidənin önünə gül çələngi qoyub. Daha sonra Kubanın xarici ticarətnaziri Rodriqo Malmierka ilə görüşüb, iki ölkənin iqtisadi və ticarət əlaqələri barədə danışıqlar aparıb.
İranın xarici işlər naziri həmçinin İran və Kuba arasında ilk müştərək ticarət forumunun açılışm ərasimində iştirak və çıxış edib. Zərif daha sonra Kuba Xarici İşlər Nazirliyində olaraq, kubalı həmkarı Rodrigez Barila ilə görüşüb, ikitərəfli münasibətlər barədə danışıqlar aparıb.
Zərif həmçinin Kuba prezidentinin müavini və iqtisadiyyat naziri Rikardo Kabrisas ilə də görüşüb.
Kuba prezidenti Raul Kastro ilə görüş Zərifin Havanaya olan səfərinin sonuncu proqramı olub.
İranın xarici işlər nazirini Latın Amerikası ölkələrinə turnesində böyük bir iqtisadi heyət müşayiət edir.
Məhəmməd Cavad Zərif Latın Amerikası ölkələrinə turnesinin davamında Nikaraquadan Ekvadora, oradan Çiliyə, daha sonra Boliviyaya və sonda Venesuelaya səfər edəcək. Bu ölkə rəsmiləri ilə görüşlərdə ikitərəfli əlaqələr, regional hadisələr və beynəlxalq məsələlər barədə danışıqlar aparılacaq.