Sen 15, 2016 16:32 Asia/Baku
  • İran AET sədri Brüsseldə Moqerini ilə görüşüb
    İran AET sədri Brüsseldə Moqerini ilə görüşüb

İranın Atom Enerjisi Təşkilatının sədri və Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru Brüsseldə görüşərək, pul və bank problemləri haqda məşvərət aparıblar.

İranın Atom Enerjisi Təşkilatının sədri və Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru bir-birilə görüşərək, nüvə anlaşmasının icra gedişi və bu sahədə mövcud olan problemlər haqda danışıblar.

IRIB-nin məlumatına görə, İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi və Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru Federika Moqerini bu gün Brüsseldə görüşüblər. Tərəflər ABŞ-ın İrana qarşı sanksiyalarının ardınca nüvə anlaşmasının icrasından sonra hələ də mövcud olan pul və bank problemləri haqda məşvərət aparıblar.

İranın Atom Enerjisi Təşkilatının sədri dünən də Avropa Birliyinin energetika komissarı və Belçikanın xarici işlər naziri ilə görüşüb.

Teqlər