Sepah düşmənin İran ətrafındakı rəftarlarını həssaslıqla izləyir
https://azeri.sahartv.ir/news/İran-i236048-sepah_düşmənin_İran_ətrafındakı_rəftarlarını_həssaslıqla_izləyir
Sepah-ın baş komandanı bu qrumun düşmənin İran sərhədləri yaxınlığındakı bütün hərəkətlərini tam həssaslıqla izlədiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 21, 2016 15:25 Asia/Baku
  • Sepah düşmənin İran ətrafındakı rəftarlarını həssaslıqla izləyir
    Sepah düşmənin İran ətrafındakı rəftarlarını həssaslıqla izləyir

Sepah-ın baş komandanı bu qrumun düşmənin İran sərhədləri yaxınlığındakı bütün hərəkətlərini tam həssaslıqla izlədiyini bildirib.

Sepah Nyus-un verdiyi məlumata görə, general-mayor Məhəmməd Əli Cəfəri çərşənbə günü Bəndər Abbasda ABŞ-ın Fars körfəzindəki iştirakı barədə deyib: İran İslam Respublikasının silahlı qüvvələri o cümlədən Sepah düşmənin İran sərhədləri yaxınlığındakı hərəkətlərinə həssasdır və buna reaksiya göstərəcək. 

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı deyib: Vaşinqton yaxşı olar ki, ABŞ xalqının sərvəti və sərmayəsini Fars Körfəzindəki xəbis və zərərli iştirakı ilə hədər etməsin və özünü göstərmək üçün başqa bir yer seçsin.