Həsən Ruhani: Turizm inkişaf yollarından biridir
İran İslam Respublikası prezidenti: Şübhəsiz İranın inkişaf yollarından biri turizm sektorudur.
İRİB-nin verdiyi məlumata görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün Tehranda ümumdünya Turizm günü mərasimində bu sahəni İranı inkişafa aparan yollardan biri adlandırıb.
İran İslam Respublikası prezidenti əlavə edib: İran xalqı üçün balanslaşdırılmış və hərtərəfli inkişaf nəzərdə tutulub və turizm sektoru müxtəlif sahələrə malik olmaqla inkişafa aparan yollardan biri ola bilər.
İran İslam Respublikası prezidenti Həsən Ruhani İranın təbii, tarixi və mədəni zənginlik baxımından dünyanın ilk 10 və ya hətta, ilk 5 ölkəsi sırasında olduğunu deyərək, vurğulayıb: Qədim tarixi abidələr bu xalqın bir neçə min illik tarixə və mədəniyyətə malik olduğundan xəbər verir. Bunun kənarında etnik, mədəni, din və dil çeşidliliyi də mühüm turizm cazibələrini təşkil edir.
İran İslam Respublikası prezidenti çıxışının əvvəlində həmçinin, Müqəddəs Müdafiə Həftəsini təbrik edib və deyib: Bu h əftə İran xalqının xarici təcavüzlər qarşısındakı böyük müqavimətini xatırladır. Bu xalqın əziz övladları döyüş meydanında ölkənin milli hakimiyyətini və müstəqilliyini ən yaxşı formada qorumağa nail oldular.