Sen 27, 2016 11:14 Asia/Baku
  • İraqçı nüvə silahlarına malik olan ölkələri tənqid edib
    İraqçı nüvə silahlarına malik olan ölkələri tənqid edib

İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Abbas İraqçı nüvə silahlarının məhvi üzrə müqavilənin ildönümü günündə deyib: Nüvə silahlarına malik olan ölkələrin bu cür silahlarının məhvində heç bir irəliləyiş görünmür.

IRIB xəbər verir: Nyu-Yorkda nüvə silahlarının məhvi üzrə müqavilənin ildönümü günündə çıxış edən İraqçı sonra deyib: Təəssüflə, ötən 71 ildə nüvə silahları əldə etmək üzrə istək nəinki azalmayıb, əksinə son illərdə kəskin dərəcədə artıbdır da.

İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini BMT Baş Assambleyasının 2013-cü ildə bu iclasın hər ilin 26 sentyabrında keçirilməsi haqdakı qərarını xatırladaraq, həmin iclasın məqsədini nüvə silahlarının tam məhvi və bu silahlardan istifadənin qanuni qadağanı adlandırıb.

İraqçı belə qeyd edib: Hamımız nüvə silahlarına malik olan ölkələrin tərkisilahı hədəfinə çatmağa yönələn səylərimizi ikiqat artırmalıyıq. O, əlavə edib: Beynəlxalq sülh və təhlükəsizliyə çatmaq üçün nüvə təhdidlərinin aradan qaldırılması təsirli və hərtərəfli addımlar tələb edir.

Teqlər