Rusiyada İran dərmanlarının istehsalına başlandı
-
Rusiyada İran dərmanlarının istehsalına başlandı
İranın MS xəstəliyi ilə bağlı yeni dərmanının istehsalı İran İslam Respublikasının səhiyyə, müalicə və tibbi təhsil naziri Həsən Qazizadə Haşiminin iştirakı ilə Rusiyanın Sankt-Peterburq şəhərində başlanıb.
İRNA-nın məlumatına görə, Tehran-Moskva əməkdaşlıqları üzrə proqrama əsasən, bu gün Sankt-Peterburqda MS xəstəliyi üzrə İran istehsalı olan dərmanın kütləvi istehsalına başlanıb. İran tərəfi Finqolimud dərmanı xammalının texnologiyasının nəqlini rusiyalı şəriki ilə əldə olunan razılığa əsasən icra edir.
Bu əməkdaşlığa əsasən, MS xəstəliyi dərmanının xammalı dünya standartlarına əsasən beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmişdir və Rusiya və digər ölkələrin dərman bazarına çıxarılacaq.
Həmçinin İranın səhiyyə nazirinin Rusiyanın səhiyyə naziri ilə müzakirələrində iki dərman və tibbi təchizat əlaqələri üzrə iki protokol, iki dövlət arasında səhiyyə əməkdaşlıqlarının həyata keçirilməsi üzrə bir proqram, həmçinin iki ölkənin özəl sektoru tərəfindən 12 sənəd Moskvada imzalanacaq.
İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Həsən Qazizadə Haşimi bu gün İran və Rusiya arasında səhiyyə sahəsində əməkdaşlıqların qymətləndirilməsi və yaradılması məqsədilə Rusiyaya səfər edib.