İran Hindistan və Pakistanı təmkinli olmağa çağırıb
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hindistan və Pakistan arasında çaxnaşmalı vəziyyətin şiddətlənməsinin ardınca bu iki ölkəni təmkinli olmağa çağırıb.
İRİB-nin verdiyi məlumata görə, İranın XİN sözçüsü Bəhram Qasimi bu gün deyib: İran özünün dost və qonşu ölkələri olan Pakistan və Hindistanı tam təmkinli olmağa, hər hansı sərt hərəkətdən çəkinməyə və aralarındakı problemləri bir başa müzakirə yolu ilə həll etməyə çağırır.
İİR XİN-in rəsmi nümayəndəsi deyib: Hindistan və Pakistan uzun müddət üçün effektli olacaq dinc yollar ardınca məntiqi əsas götürsünlər və hər hansı hərbi yol və ani emosialardan uzaqda qalsınlar.
Qasimi deyib: Hindistan və Pakistan arasında böhranın davam etməsi regionda de-stabilliyi daha geniş yaymaq istəyən terrorçular və ifratçı qrupların və onları himayə edən ölkələrin fəaliyyətlərinə zəmin yaradacaq.
Kəşmir əhalisi ilə Hindistan təhlükəsizlik qüvvələri arasında qanlı toqquşmalar son 83 gündə 100 nəfərin ölümü min nəfərin yaralanması ilə nəticələnib, bu toqquşmalarda 3500 nəfər də həbs edilib.
İki həftə öncə Hindistanın Kəşmir ərazisindəki bir hərbi bazasına edilən hücumdan və nəticədə 18 hərbçinin ölümündən sonra Hindistan ilə Pakistan arasında böhran yeni mərhələyə daxil olub.