İranın Mərkəzi Bankı ilə Fransanın ticarət heyəti arasında müzakirələr
-
İranın Mərkəzi Bankı ilə Fransanın ticarət heyəti arasında müzakirələr
İranın Mərkəzi Bankının direktoru deyib: Xarici iş adamlarının Tehrana səfəri Avropa siyasətçilərini İranla ticarət əlaqələri qarşısında duran maneələri aradan qaldırmağa təşviq etməkdə önəmli rola malikdir.
İRİB-nin verdiyi məlumata görə, İranın Mərkəzi Bankının direktoru Vəliyullah Seyf bu gün Tehranda Pegout avtomobilqayırma qrupunun rəhbərlik heyətinin sədri Karlos Tavares ilə görüşündə deyib: Nüvə Anlaşmasından sonrakı atmosfer iqtisadi fəaliyyətlərin genişləndirilməsi üçün əlverişli fürsət yaradıb. İran və Fransa xüsusi ilə avtomobil sənayesi sahəsində ticarət əməkdaşlıqlarının inkişaf etdirilməsi üçün geniş potensiallara malikdirlər.
Vəliyullah Seyf İranda Fransa avtomobillərinin istehsalı üçün özünəməxsus üstünlüklərin mövcud olduğunu bildirib və deyib: Beynəlxalq səviyyədə xüsusi ilə Avropa ilə bank əlaqələrinin yenidən bərpa edilməsi İran üçün prioritet təşkil edir və Fransanın iş adamlarının bu məsələyə xüsusi töhfələri ola bilər.
Fransız qonaq da Fransanın iri avtomobilqayırma şirkətləri o cümlədən də Pegout və Citroen şirkətlərinin İran şirkətləri ilə ortaq olmalarından xəbər verərək deyib: Fransa dövlət rəhbərlərinin uzaqgörənliyi sayəsində iki ölkə ticarət əlaqələrinin genişləndirilməsi üçün yaranan fürsətdən faydalana bilərlər.