İslam inqilabının böyük rəhbəri seçki siyasətlərini açıqlayıblar
İslam inqilabının böyük rəhbəri konstitusiyanın 110-cu maddəsinin birinci bəndinin icrası olaraq, Quruluşun Məsləhət Şurası ilə məsləhətləşmələrdən sonra müəyyənləşdirilən əsas seçki siyasətlərini açıqlayıblar.
İslam inqilabının böyük rəhbərinin ofisinin internet portalının verdiyi məlumata görə, Həzrət Ayətullahülüzma Xamenei bu gün 18 maddədən ibarət olan əsas seçki siyasətlərinin mətnini 3 hakimiyyət orqanı və Quruluşun Məsləhət Şurasının sədrinə veriblər.
Göstərişin maddələrindən birində belə deyilir: İslami Şura Məclisi və bələdiyyə seçkiləri üçün seçki məntəqələri, əhalinin sayı və mövcud şəraitlər nəzərə alınaraq, maksimum ədalətin təmin olunması və əhalinin namzədləri tanımalarına şəraitin yaradılması əsasında müəyyənləşsin.
İslam inqilabının böyük rəhbəri silahlı qüvvələrin, 3 əsas hakimiyyət qüvvəsinin, nazirliklər və onların tabeliyində olan orqanların, təhlükəsizlik və kəşfiyyat orqanlarının, dövlət təşkilatları, qurumları və şirkətlərinin, ümumi qurumların, seçkilərdə siyasi rəqabətlərdə iştirakı və namzədlərdən hər birini dəstəkləməsinin qadağan olunduğunu vurğulayıblar.
Göstərişdə bildirilir: Prezident, İslami Şura Məclisi, rəhbəri təyin edən Xobreqan Məclisi və bələdiyyə şuraları seçkilərinin icrası Daxili İşlər Nazirliyi vasitəsi ilə, daxili işlər nazirinin başçılıq etdiyi Mərkəzi Seçki İcra Heyətinin nəzarəti altında həyata keçirilir və adı qeyd olunan heyətin tərkibi, onun səlahiyyətlərini, eləcə də ostan və şəhər icra heyətlərinin tərkibi və səlahiyyətlərini qanun müəyyənləşdirir.