Vilayət Fədayiləri manevrinin 3-cü mərhələsinə start verildi
https://azeri.sahartv.ir/news/İran-i240620-vilayət_fədayiləri_manevrinin_3_cü_mərhələsinə_start_verildi
İran İslam Respublikası ordusu hava qüvvələrinin qırıcı-bombardmançı təyyarələri hava-yer tipli müxtəlif raketlərdən istifadə edərək, təyin olunmuş hədəfləri məhv ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 19, 2016 10:57 Asia/Baku
  • Vilayət Fədayiləri manevri
    Vilayət Fədayiləri manevri

İran İslam Respublikası ordusu hava qüvvələrinin qırıcı-bombardmançı təyyarələri hava-yer tipli müxtəlif raketlərdən istifadə edərək, təyin olunmuş hədəfləri məhv ediblər.

İRNA-nın məlumatına görə, 6-cı Vilayət Fədayiləri manevrinin sözçüsü general-mayor Məsud Ruzxoş deyib: F-14 qırıcı-bombardmançı təyyarələri gücləndirilmiş raketlərdən istifadə edərək, öncədən təyin edilmiş bütün hədəfləri məhv ediblər.

General-mayor Ruzxoş manevrin bu mərhələsində çox yüngül uçan aparatlardan və pilotsuz təyyarələrdən istifadə edildiyini deyərək, əlavə edib: Manevrin 3-cü günündə İsfahanın Ənarək məntəqəsində öncədən təyin edilmiş hədəflərin hamısı ordunun hava qüvvələri tərəfindən tam şəkildə məhv edilib. 

İran İslam Respublikası ordusu Hava Qüvvələrinin 6-cı Vilayət Fədayiləri manevri bazar ertəsi günü İsfahanın Şəhid Babayi hava bazasında start götürüb.

Bu manevrdə müxtəlif növ qırıcı, qırıcı-bombardmançı, bombardmançı və yanacaq təyyarələri, habelə, ağır və yüngül yük təyyarələri, kəşfiyyat təyyarələri və pilotsuz təyyarələr iştirak edir.