Okt 26, 2016 19:03 Asia/Baku
  • Tehran və Helsinki bank əməkdaşlıqlarının genişləndirilməsi qərarına gəliblər
    Tehran və Helsinki bank əməkdaşlıqlarının genişləndirilməsi qərarına gəliblər

İran İslam Respublikası prezidenti Finlandiya prezidentinin Tehrana səfərini ikitərəfli əlaqələrin xüsusi ilə iqtisadiyyat sahəsində genişlənməsinə təkav erəcəyini, regional və beynəlxalq əməkdaşlıqları artıracağını bildirib.

Cənab Ruhani çərşənbə günü Finlandiya prezidenti Sauli  Ninistvo ilə birgə mətbuat konfransında, iki ölkənin dostluq münasibətlərinə malik olmasına rəğmən, sanksiyaların varlığı Tehran - Helsinki arasındakı iqtisadi əlaqələrin ötən illərdə qənaətbəxş səviyyədə olmamasına səbəb olduğuna işarə edib və deyib: Ötən aylar ərzində iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında irəliyə doğru hərəkətin şahidi olmuşuq.

Həsən Ruhani əlavə edib: Şübhəsiz bu səfər və səfər zamanı İran və Finlandiya arasında əməkdaşlıq sənədlərinin imzalanmasının ardınca iki ölkə əlaqələrinin daha artıq inkişafının şahidi olacağıq.

İran İslam Respublikası prezidenti bank əlaqələri və ixracat etibarının iqtisadi əlaqələrin inkişafında iki əsas amilolduğuna işarə edib və deyib: Bu səfər zamanı qərara aldıq ki, qısa zaman ərzində iki ölkə arasında münasib bank əməkdaşlıqlarının şahidi olaq.

Fİnlandiya prezidenti Sauli Ninistvo da bu mətbuat konfransında iki ölkə arasındakı əlaqələrin uzun keçmişə malik və İranın Finlandiyanın müstəqilliyini ilk tanıyan ölkələrdən olduğnu xatırladıb və deyib: İran İslam Respublikası və Finlandiya öz əlaqələrini möhkəmləndirə bilərlər. Və şübhəsiz nüvə anlaşması bu sahədə dönüş nöqtəsi sayılır.

Ninistvo əlavə edib: İran və Finlandiya müxtəlif sahələr üzrə o cümlədən enerji, yeni texnologiyalar və pak enerji, habelə, meşəçilik sahəsində ortaq maraqlara malikdirlər. Buna görə də bu sahələr üzrə əməkdaşlıqlara malik ola bilərlər.

Finlandiya prezidenti həmçinin, mühacirət və onun vurduğu zərər və ziyanlara işarə edib və deyib: Müzakirələrimizdə bu mövzu barədə də fikir mübadiləsi apardıq və qərara aldıq ki, mühacirlərə başlanğıc ölkədə kömək edilməlidir.

Sauli Ninistvo əlavə edib: Bu gün İranın bir çox mühacirə ev sahibliyi etdiyini öyrəndik və 3 milyondan artıq əfqan mühacirin İranda yaşadığından xəbərdar olduq. Şübhəsiz İran və Avropa Birliyi arasında bu sahədəki əməkdaşlıqlar önəmli olacaq.

Finlandiya prezidenti iqtisadi əlaqələrin genişləndirilməsi yolu ilə Yaxın Şərqdə sülh və sabitliyin bərqərar edilməsi üçün həll yollarının mümkün olduğuna işarə edərək, deyib: İran və Avropa Birliyi arasında insan haqları ilə bağlı danışıqlar da xüsusi önəm kəsb edir.

Teqlər