Finlandiya prezidenti İnqilab Rəhbəri ilə görüşüb
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün, günortadan sonra Finlandiya prezidenti Sauli Ninistvo ilə görüşdə bildiriblər: Terrorizm ilə mübarizə beynəlxalq qüdrətlərdə nüfuza malik olan hər bir kəsin ciddi iradə nümayiş etdirməsinə ehtiyaclıdır.
Həzrət Ayətullahülüzma Xamenei ABŞ və bəzi digər dövlətlərin terrorizm ilə mübarizədəki rəftarlarını qeyri-ciddi adlandırıb və deyiblər: Bu ölkələr bütün məsələlərə öz maraqları prizmasından yanaşırlar və İraq və Suriyada terrorizmin kökünü kəsmək barədə düşünmürlər.
İnqilab Rəhbəri BMT-nin Səddam rejiminin İrana hücumu zamanı müharibəni başlayan tərəfin kim olmasına əhəmiyyət verməməsini müharibənin uzanması səbəblərindən adlandırıb və əlavə ediblər: Əlbəttə, müharibənin başa çatmasından bir neçə il sonra BMT-nin o zamankı baş katibi vicdanlı və şücaətli bir insan olaraq, Səddamı müharibəni başlayan tərəf elan etdi.
Həzrət Ayətullahülüzma Xamenei məhz bu prizmadan BMT-nin hazırkı baş katibinin mövqeyini tənqid ediblər: BMT-nin baş katibi tam aşkar formada bəyan etdi ki, bu təşkilatın maliyyə baxımından Ərəbistanın pullarına ehtiyaclı olmasına görə, Yəməndə uşaqların qırğın edilməsini pisləmək mümkün deyil. Bu isə beynəlxalq siyasətçilərin təəssüf doğuran əxlaqının nişanəsidir. Ümidvarıq BMT-nin növbəti baş katibi bu məqamın müstəqilliyini qorumağı bacarsın.
İslam İnqilabının Böyük Rəhbəri həmçinin, Finlandiya ilə əməkdaşlıqların genişlənməsini alqışlayıblar: İki ölkə arasında imzalanmış memorandum icra edilməlidir və onun icra edilməməsi xalq yanında xoşagəlməz təsir bağışlamış olacaq.
Finlandiya prezidenti də bu görüşdə İslam İnqilabının Böyük Rəhbərinin terrorizmlə bağlı sözlərini təsdiq edərək, deyib: Ölkələr və BMT terrorizm ilə mübarizədə uğurlu olmayıblar.
Sauli Ninistvo İranın regiondakı roluna işarə edərək, deyib: İran terrorizm ilə mübarizədə əlindən gələni edir və heç şübhəsiz ki, bundan sonra da bunu davam etdirəcək.