Okt 27, 2016 18:19 Asia/Baku
  • Seyid Abbas İraqçı
    Seyid Abbas İraqçı

İranın xarici işlər nazirinin müavini sionistlərin dünyanın ən böyük terrorçuları olduğunu deyib.

İRNA-nın məlumatına görə, İran xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini Seyid Abbas İraqçı Əlborz vilayətində "Yaxın Şərqdə terrorizm və virtual aləm"  adlı kitabın təqdimat mərasimində əlavə edib: Sionistlər hazırda ən böyük terrorçulardır. Onlar illərdir müdafiəsiz Fələstin xalqına qarşı cinayətlər törədir və məzlum fələstinlilərə qarşı dəfələrlə hücumlar həyata keçirmişlər. 

"Terrorizm məsələsinin əhəmiyyətini İran vətəndaşlarından artıq kimsə dərk edə bilməz. Çünki İranın özü terrorizmin ən böyük qurbanlarından biri olmuşdur" -deyə İraqçı əlavə edib. 

İraqçı həmçinin Ərəbistanın Yəməndə törətdiyi faciələri və bu ölkənin günahsız vətəndaşlarını qırğın etməsini terror hərəkəti adlandırıb və deyib: Modern terrorizm ilk öncə əl-Qaidə tərəfindən yarandı və hazırda terrorizm fenomeni İŞİD tərəfindən yaradılmışdır. Çünki İŞİD təfəkkür baxımından çox geridə qalmışdır. Lakin yeni metodlardan istifadə də çox irəliləmişdir. 

İran xarici işlər nazirinin müavini İranın müxtəlif sahələr, o cümlədn nüvə sahəsindəki elmi nailiyyətlərinə münasibət bildirib: İran xalqı təzyiq və sanksiyalar qarşısında müqavimət göstərərək potensial və qüdrət yaratdı. Bu da düşmənlərə müzakirədən başqa bir yol qoymadı. Onlar tam şəkildə müşahidə etdilər ki, İranın elmi və müdafiə qüdrəti nəzarətəalınmazdır. 

Teqlər