General-mayor Səlami: Livan və Suriya sionistlərin kabusudur
https://azeri.sahartv.ir/news/İran-i242438-general_mayor_səlami_livan_və_suriya_sionistlərin_kabusudur
Sepah-ın baş komandan əvəzi deyib ki, Livan və Suriya sionistlərin kabusuna və haqqın nahaqqa qarşı döyüş məkanına çevriliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2016 08:25 Asia/Baku
  • General-mayor Səlami: Livan və Suriya sionistlərin kabusudur
    General-mayor Səlami: Livan və Suriya sionistlərin kabusudur

Sepah-ın baş komandan əvəzi deyib ki, Livan və Suriya sionistlərin kabusuna və haqqın nahaqqa qarşı döyüş məkanına çevriliblər.

Sepah Nyus-un məlumatına görə, Sepah-ın baş komandan əvəzi general-mayor Hüseyn Səlami İranın İsfahan vilayətində yerləşən Kuşk şəhərində keçirilən şəhidlərin anım mərasimində zalım qüvvələrin dünyada dalbadal məğlub olmalarına toxunaraq, söyləyib: Bu gün Livan sionistlərin kabusuna, Suriya da haqqın nahaqqa qarşı döyüş düşərgəsinə çevrilib və indiyədək zalım qüvvələr cəbhəsi üçün heç bir nəticə əldə olunmayıbdır.

General-mayor Səlami deyib: Dünyanın zalım qüvvələri İraqda da heç bir nəticəyə çatmayıblar, zira bu ölkədə qüdrətli xalq səfərbər qüvvələri yaradılıb. Suriyada da bu qüvvələr düşmənlər qarşısında dayanıblar.

General-mayor Səlami əlavə edib: Yəməndə Ənsarullah xalq hərəkatı da var gücü ilə mübarizə aparmaqda idi. Bəhreyn xalqı da amerikalı qüvvələrin yerləşdikləri məkan olan bir yerdə oyanaraq, qalib gəlibdir.

Sepah-ın baş komandan əvəzi həmçinin İranın hərbi qüdrətinə işarə və qeyd edibdir ki, İran heç zaman səhnədən çıxmayacaq və İslamın həqiqi qələbəsinədək dayanıbdır.

General-mayor Səlami deyib: İran xalqı İslam dünyasında öz şüarlarını yayıb və İslam dünyasında böyük mexanizmlər yaradıbdır.

Sepah-ın baş komandan əvəzi belə qeyd edib: İslam düşmənlərlə böyük bir döyüşdə irəliləməkdə olub və müsəlmanların oyanışı ilə düşmənlərin məğlubiyyətinn səsi eşidilir.