İranın Məhkəmə Hakimiyyətinin sədri İraqın baş naziri ilə görüşüb
-
İranın Məhkəmə Hakimiyyətinin sədri İraqın baş naziri ilə görüşüb
İran İslam Respublikası Məhkəmə Hakimiyyətinin sədri Bağdadda İraqın baş naziri ilə görüşündə İranın İraqın suverinliyi və ərazi bütövlüyünü himayə etdiyini təkrar vurğulayıb.
İRNA-nın verdiyi məlumata görə, Ayətullah Sadiq Amuli Laricani dünən gecə İraqın baş naziri Heydər əl-İbadi ilə görüşündə iraqlı qüvvələrin İŞİD-ə qarşı son qələbələri münasibəti ilə İraqı təbrik edib, İranın İraqın suverinliyi və ərazi bütövlüyünə dəstəyini bildirib və İran İslam Respublikasının İraq ilə bütün sahələrdə qarşılıqlı əlaqələrin gücləndirilməsinə maraqlı olduğunu deyib.
İki ölkənin yüksək səviyyəli məhkəmə rəsmiləri, o sıradan da İraqın Ali Məhkəmə Şurasının sədri Midhət Mahmudun iştirak etdiyi bu görüşdə Heydər əl-İbadi iki qonşu ölkənin terrorizm və qanun pozuntuları ilə mübarizə sahəsindəki əlaqələrinin gücləndirilməsini istəyib.
İraqın baş naziri həmçinin iki ölkə arasında imzalanmış əməkdaşlıq memorandumlarını yüksək qiymətləndirib.
Ayətullah Amuli Laricani şənbə günü yüksək səviyyəli məhkəmə heyətinə başçılıq edərək Bağdada daxil olub, dünən İraqın Ali Məhkəmə Şurasının sədri ilə görüşdən əlavə iki ölkənin məhkəmə rəsmilərinin iclasında da iştirak edib.
Laricani dünən İraq parlamentinin sədri Səlim Əccəburi ilə də görüşüb.