İngiltərənin Tehrandakı yeni səfiri İran prezidentinin qəbulunda olub
İran İslam Respublikası prezidenti İngiltərə ilə ikitərəfli əlaqələrin genişləndirilməsini istəyib.
Prezident Aparatının informasiya portalının məlumatına görə, İran İslam Respublikası prezidenti bazar ertəsi günü İngiltərənin Tehrandakı yeni səfiri Nikolas Haptini qəbul edib. Görüşdə iki önəmli ölkə olaraq İran və İngiltərə əlaqələrinin genişləndirilməsini bəyan edən Həsən Ruhani deyib: İki ölkənin əlaqələr prosesi son illərdə inkişafda olmuşdur və mövcud potensialları aktivləşdirməklə bu prosesi sürətləndirmək olar.
"Əhatəli Müştərək Təşəbbüs Proqramından sonra İran və İngiltərə keçmişdə itirilmiş fürsətlərin əvəzini çıxmağa ehtiyaclıdır və bu isə, iqtisadi, elmi, mədəni və siyasi əlaqələr səviyyəsinin yüksəldilməsini tələb edir. Bütün bunlar bank əlaqələrinin tam şəkildə qurulmasına ehtiyaclıdır" -deyə Həsən Ruhani əlavə edib.
İran İslam Respublikası prezidenti Nüvə Anlaşmasının müddəalarının icrası üzrə tərəflərin öhdəliklərinin tam yerinə yetirmələrini vurğulayıb və bildirib: İran öz öhdəliklərini tam şəkildə yerinə yetirib və qarşı tərəf də nüvə anlaşması qarşılığında həmin metodla addım atmalıdır.
İran İslam Respublikası prezidenti həmçinin Londonun nüvə müzakirələrindəki iştirakına toxunaraq xatırladıb: 7 ölkənin səyi ilə önəmli bir anlaşmanı əldə edə bildik və bu anlaşma ixtilafların diplomatik yolla həll ediləsi olduğunu dünyaya göstərmək üçün müsbət müraciəti özündə ehtiva edirdi.
İngiltərənin yeni səfiri Nikolas Haptin də bu görüşdə öz etimadnaməsini İran prezidentinə təqdim etdikdən sonra deyib: Hazırda İran və İngiltərə ikitərəfli əlaqələrdə həqiqi inkişafın şahididirlər və İngiltərə şirkətləri və bankları İran şirkətləri ilə əməkdaşlıq üçün xüsusi marağa malikdirlər və yaxın gələcəkdə iki ölkənin mərkəzi bankları arasında lazımi müzakirələr aparılacaqdır.
İngiltərənin Tehrandakı yeni səfiri regional məsələlər barəsində də İranla əməkdaşlığın əhəmiyyətini qeyd edib və deyib: İngiltərə regional əməkdaşlıqlar barəsində İran İslam Respublikası ilə əlavə əməkdaşlıqlara malik olmağa ümid bəsləyir.