Noy 14, 2016 15:14 Asia/Baku
  • Müdafiə naziri: İran və Çinin əməkdaşlıqları beynəlxalq sülhün təminatçısıdır
    Müdafiə naziri: İran və Çinin əməkdaşlıqları beynəlxalq sülhün təminatçısıdır

İran İslam Respublikası və Çin Xalq Respublikasının müdafiə nazirləri regional və beynəlxalq sahələrdə iki ölkə arasında hərbi və müdafiə əməkdaşlıqlarının genişləndirilməsi yollarını araşdırıblar.

İRİB-in məlumatına görə, İran İslam Respublikası müdafiə naziri general-mayor Hüseyn Dehqan bu gün Çinin müdafiə naziri ordu generalı Çanq Van Çuanla Tehranda görüşdə deyib: İran və Çinin müdafiə və hərbi əməkdaşlıqları dünya və regional təhlükəsizliyə zəmanətdir.

General Dehqan Çinlə uzunmüddətli hərbi və müdafiə əməkdaşlıqlarının genişləndirilməsini İranın müdafiə diplomatiyasının əsas prioritetlərindən adlandırıb: Asiya və Okeaniyada sülh və stabilliyin qorunması bütün region ölkələrinin vəzifəsidir.

"Hazırda İŞİD və digər terror qrupları regional və beynəlxalq önəmli problemə çevriliblər" -deyən general Dehqanın sözlərinə görə, belə böhranlarla mübarizə bütün dünya ölkələri, xüsusilə də terror təhdidləri ilə üzləşən ölkələrin sədaqətli və yararlı əməkdaşlıqlarına ehtiyaclıdır.

İranın müdafiə naziri deyib: İslam Respublikası son bir neçə ildə terrorizmlə mübarizə sahəsində əldə etdiyi təcrübələrə görə, bu böhranla mübarizə üçün kollektiv əməkdaşlığa hazırdır və Çinin də bu prosesdə önəmli rolu oynaya biləcəyinə inanır.

Çinin müdafiə naziri də bu görüşdə deyib: İran və Çinin müxtəlif qlobal və regional məsələlər üzrə baxışları və ortaq mənafeyi iki ölkə arasında hərbi və müdafiə əməkdaşlıqların genişləndirilməsinə yol açıb.

İran və Çin arasında hərbi və müdafiə əməkdaşlıqları üzrə anlaşmanın dəqiq şəkildə icra edilməsini qeyd edən çinli nazir Tehrana səfərinin iki ölkənin hərbi-müdafiə əlaqələrinin genişlənməsində yeni səhifə açacağına ümid bəsləyib.

Teqlər