Qasemi Nigeriyada Hüseyn(ə) əzadarlarının qırğın edilməsini pisləyib
-
Qasemi Nigeriyada Hüseyn(ə) əzadarlarının qırğın edilməsini pisləyib
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nigeriyada Hüseyn(ə) əzadarlarına hücumu və onların qırğın edilməsini pisləyib.
İran Xarici İşlər Nazirliyinin Media Diplomatiyası Baş İdarəsinin məlumatına görə, nazirliyin sözçüsü Bəhram Qasemi Nigeriyanın Kano şəhərində Hüseyn(ə) əzadarlarına qarşı hücuma işarə edərək, söyləyib: Hər cür kobudluq və təhdiddən uzaq olan dinc bir dini toplanşda müsəlmanların rəhmsizcəsinə qırğın edilməsi səhnəsinin təkrarlanması nigaranedici və qəbuledilməzdir.
Qasemi bu cür cinayətlərin təkrarlanmasının qarşısını almaq üçün Nigeriya başçılarının ciddi addımlar atmaları, eləcə də zorakılıq və təfriqə amilləri qarşısında sayıq olmalarını istəyib.
Nigeriyanın ordusu və təhlükəsizlik qüvvələrinin bu ölkənin şimal-şərqində yerləşən Kano şəhərində Hüseyn(ə) əzadarlarının mərasiminə qarşı hücumunda azı yüz nəfər şəhid olub, onlarla nəfər də yaralanıbdır.