Noy 22, 2016 19:18 Asia/Baku
  • Laricani: İranın nüvə anlaşmasına sədaqəti sübut olunub
    Laricani: İranın nüvə anlaşmasına sədaqəti sübut olunub

İran İslam Şurası Məclisinin sədri vurğulayıb ki, İranın nüvə anlaşmasına sədaqəti sübut olunubdur.

IRIB-nin məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün məclisin açıq iclasında əlavə edib ki, MAQATE və onun baş direktoru on üç halda birbaşa şəkildə İranın nüvə anlaşmasına sədaqətli olduğunu bildiriblər.

Laricani deyib: Nüvə anlaşmasından sonra bir neçə inadkar tərəf və Amerikadakı daxili cərəyanlar çıxılmaqla bütün dövlətlər və xalqlar müsbət baxışla İranla geniş həmkarlıqlara maraq göstəriblər.

İran İslam Şurası Məclisinin sədri daha sonra deyib: İran qarşılıqlı addımla Amerikanın ağlını başına gətirəcək. O, vurğulayıb: Dəlil və faktlar göstərir ki, İran nüvə anlaşmasındakı öhdəliklərinə əməl edibdir.

Teqlər