İnqilab Rəhbəri: 10 illik sanksiyaların müddətinin uzadılması nüvə anlaşmasını pozmuş olacaq
İslam İnqilabının Böyük Rəhbəri ABŞ-ın hazırkı hökumətinin nüvə anlaşmasında xeyli qanun pozuntularına yol verdiyini deyərək, vurğulayıblar: Bunlardan ən yenisi 10 illik sanksiyaların müddətinin uzadılmasıdır. Əgər, bu sanksiya baş verərsə, heç şübhəsiz nüvə anlaşmasını pozmuş olacaq. Və onlar bilməlidirlər ki, İran İslam Respublikası buna mütləq reaksiya vermiş olacaq.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər minlərlə bəsici ilə görüşdə bəsici bəsirətə malik olan "İnqilab Ordusu" və "Dini Demokratiyanın Təzahürü" adlandıraraq, ictimaiyyətin müxtəlif sahələrində güclü və təsirli iştiraka malik olması üçün bəsicin müxtəlif təbəqələri arasındakı əməkdaşlıq və ahəngdarlığın gücləndirilməsi məqsədi ilə dəqiq proqramlaşdırmalara və düşüncə otaqlarının yaradılmasına təşkid edib və deyiblər: Bəsici ruhiyyəsi yəni davamlı olaraq Allahı öz yanında və özü ilə birlikdə hiss etmək, ümidsizliyə qapılmamaq, çıxılmaz duruma düşməmək.
İnqilab Rəhbəri ilahi fenomen olan Ərbəin yürüşündəki milyonluq iştirakı "bəsirət ilə yanaşı olan eşq"in nişanəsi adlandırıb və deyiblər: Bu mühüm işə nail olan zəvvarlara "ziyarətiniz qəbul" deyirik və İraq xalqına bu qədər böyük bir insan kütləsini son dərəcə mehribanlıqla və səmimi şəkildə qarşılamasına görə təşəkkür edirik.
O həzrət ABŞ Konqresində 10 illik sanksiyaların müddətinin uzadılması məsələsinə işarə edərək, deyiblər: Əgər bu sanksiyalar icraya qoyularsa, heç şübhəsiz nüvə anlaşmasını pozmuş olacaq və İran İslam Respublikası mütləq buna qarşılıq verəcək.
İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Nüvə anlaşması İran xalqına və ölkəyə təzyiq vasitəsinə çevrilməməlidir.
O həzrət həmçinin vurğulayıblar: İran İslam Respublikası ilahi qüdrətə və xalq qüdrətinə söykəndiyi üçün, dünyanın heç bir qüdrətindən qorxmur.