Noy 24, 2016 20:56 Asia/Baku
  • Papa islam və xristianlıq arasında dialoqu vurğulayıb

Dünya Katoliklərinin rəhbəri İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri ilə görüşdə islam və xristianlıq arasında dialoqun davam etdirilməsini vurğulayıb.

Papa Fransisk Vatikanda islam və xristianlığın ikitərəfli dialoqu 10-cu dövr iclasında iştirak etmək üçün Romaya səfər edən İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkman və bir qrup İranın dini alimləri ilə görüşərək İran heyətinin Vatikana səfərindən məmnunluğunu ifadə edərək deyib: İranın mədəniyyətindən çox gözəl qavrayışı vardır.

İbrahimi Türkman da bu görüşdə deyib: İslam və Xristianlıq ikitərəfli dialoqunun 10-cu dövr iclası dünyada sülh və stabilliyin yaradılması istiqamətində əməkdaşlıqların inkişafı və dini ortaqlıqların vurğulanması üçün qənimətli fürsət yaratdı.

İran və Vatikan alimləri çərşənbə gecə bu iki günlük iclasın sonunda verdikləri bəyanatda dindən vasitə olaraq istifadə edilməsi və sərtliyi pisləyiblər.

Teqlər