Noy 26, 2016 17:53 Asia/Baku
  • Ruhani: Regionun stabilliyi İran və Türkiyənin anlaşmasının əsası olmalıdır

İran İslam Respublikası prezidenti deyib: Regionun, xüsusilə də İraq və Suriyanın stabilliyi İran və Türkiyənin anlaşmasının əsası olmalıdır.

İran prezidenti Həsən Ruhani şənbə günü Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunu Tehranda qəbul edib. Görüşdə Prezident Ruhani deyib: Hazırkı həssas şəraitdə iki ölkənin əməkdaşlığı və fikir ortaqlığı regionun sülh və stabilliyinin xeyrinədir və məsələlərin həllində təsirli ola bilər.

İran və Türkiyənin regional önəmli prinsipdə yekdil olduğunu bəyan edən prezident Ruhani bildirib: İraq və Suriyada ərazi bütövlüyü və milli birliyin qorunması, bu ölkələrdə demoraktiya və vətəndaşların səsi ilə hökumətlərin formalaşması, kütləvi qırğın və infrastrukturlarn məhv edilməsinin qarşısının alınması, öz evlərinə qayıtmaları üçün qaçqınlara köməyin göstərilməsi regionda böhranların həlli üçün həyata keçirilməli olan işlərdəndir.

İran prezidenti deyib: İki ölkənin ticarət dövriyyəsinin artırılması çərçivəsində anlaşmaların icrası üçün İran və Türkiyənin potensiallarından istifadə istiqamətində rəsmilərin səy göstərməsi zəruridir.

Türkiyədə 15 iyulda uğursuz çevrilişə münasibət bildirən Ruhani deyib: Bu ölkə vətəndaşları öz səsi və demokratiyaya sadiq qaldıqlarını əks etdirdilər. Halbuki qərb demokratiya məsələsində ikili standartlardan istifadə edir və ilk növbədə demokratiya barəsində dediyinə sadiq deyildir.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da bu görüşdə İraqın Hillə şəhərində terror aktında iranlı zəvvarların şəhid olması ilə bağlı başsağlığı verərək deyib: İranın regionda terrorizmlə mübarizədə və sülhün qorunmasındakı rolu dəyərli və konstruktivdir.

İraq və Suriyada ərazi bütövlüyü və milli birliyin qorunmasının İran və Türkiyə və regionun stabilliyinin xeyrinə olduğunu deyən Çavuşoğlu əlavə edib: Qərb ölkələri region məsələlərində yalnız öz mənafeləri ardıncadır.

Türkiyə xarici işlər naziri bildirib: Bu gün Suriyada atəşkəsin bərqərar olunmasına, bu ölkədə milli birliyin yaradılmasına, diplomatik yolla problemlərin həll olunmasına və terror qrupları ilə müştərək və hərtərəfli mübarizənin aparılmasına səy göstərmək zəruridir.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu şənbə günü səhər İran İslam Respublikası rəsmiləri ilə görüşərək danışıqlar aparmaq üçün Tehrana gəlib.

Teqlər