İran Pakistana təyyarə qəzası ilə bağlı başsağlığı verdi
Dek 09, 2016 13:02 Asia/Baku
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bir sərnişin təyyarəsinin süqut etməsi nəticəsində bir qrup Pakistan vətəndaşının həyatını itirməsinə görə bu ölkə dövləti və xalqına başsağlığı verib.
İRİB-nin verdiyi məlumata görə, İran XİN sözçüsü Bəhram Qasemi cümə axşamı Pakistanın bir ədəd sərnişin təyyarəsinin süqut etməsindən və hadisə nəticəsində onlarla nəfərin həyatını itirməsindən təəssüfləndiyini bildirib, Pakistan dövləti və xalqına başsağlığı verərək, hadisə qurbanlarının yaxınlarının kədərini bölüşüb.
Pakistanın bir ədəd sərnişin təyyarəsinin çərşənbə günü Pəncab əyalətində süqut etməsi nəticəsində təyyarədə olan 42 sərnişin və ekipaj üzvü həyatını itirib.