Tehranın cümə namazının xütbələri
Tehranın cümə namazının xitabətçisi deyib: İran İslam Respublikasının ABŞ-ın əhatəli müştərək təşəbbüs proqramını əngəlləməyə yönəlik hərəkətlərinə cavabı qətiyyətli olacaq.
Ayətullah Əhməd Xatəmi Tehranın bu günkü cümə namazı xütbələrində ABŞ konqresinin İrana qarşı sanksiyaların 10 il müddətinə uzadılması qanununu qəbul etməsini əhatəli müştərək təşəbbüs proqramına zidd adlandırıb və deyib: ABŞ-ın İran ilə 5+1 qrupu arasında imzalanmış nüvə razılaşması qarşısında öz öhdəliklərini pozması bu ölkənin özünün beynəlxalq öhdəliklərinə sadiq olmadığını isbatladı.
Tehranın müvəqqəti imam cüməsi Amerika prezidenti Barak Obamaya tövsiyyə edib ki, sionist lobbisinin təsiri altına düşərək ABŞ konqresinin İrana qarşı sanksiyaların müddətinin uzadılmasına dair qərarı ilə razılaşarsa onun adı tarixə qara ləkə kimi düşəcək.
Ayətullah Xatəmi həmçinin Britaniyanın baş naziri Terza Minin Fars körfəzi əməkdaşlıq şurasının Manamada keçirilən son iclasındakı anti-İran açıqlamasına münasibət bildirərək deyib: Bu günədək Britaniya islamla mübarizədə və müsəlman ölkələr arasında təfriqə salmaqda heç bir cəhddən çəkinməyib.
Britaniyanın baş naziri sözü gedən iclasda ölkəsinin İrana qarşı ərəb ölkələri ilə əməkdaşlıq edəcəyini vurğulamışdı.
Tehranın cümə namazının xitabətçisi Britaniyanın baş nazirinin bu kimi əsassız bəyanatının onun ölkəsinin Avropa Birliyi ilə əlaqələrdə uzləşdiyi problemlərdən mənşə aldığını bildirərək deyib: Bu kimi hərəkətlərin davam etməsi London üçün durumu daha da mürəkkəbləşdirəcək.
Ayətullah Xatəmi deyib: İranın əzmkar xalqı islam inqilabının böyük rəhbərinin məhvərliyi ilə öz müqaviməti sayəsində bütün xarici məkrli planlara qalib gələcək.
Tehranın müvəqqəti imam cüməsi həmçinin Suriya və İraq ordularının terrorizm ilə mübarizə sahəsindəki son qələbələrinə toxunaraq bu ölkələrin tezliklə terrorçu qrupların şərrindən xilas olacaqlarına ümidvarlığını bildirib.
Ayətullah Xatəmi İranda növbəti prezident seçkilərinin yaxınlaşmasına toxunaraq deyib: İranda seçkilər yüksək siyasi əhval-ruhiyyəyə səbəb olur və İran İslam Respublikası quruluşunun bərəkətindən İran xalqına hədiyyə edilmiş azadlığın göstəricisidir.