İran ordusu Quru Qoşunları manevr keçirir
İran İslam Respublikası ordusu Quru Qoşunlarının böyük manevri bu gün İranın cənub-şərqində start götürüb.
3 gün davam edəcək böyük "Məhəmməd Rəsulallah(s.ə.s) - 4" manevri bu gün səhər saatlarında İran ordusu Quru Qoşunlarının komandanı ordu generalı Kyumərs Heydərinin iştirakı ilə start götürüb. 220 000 kvadrat kilometrlik bir ərazidə keçirilən manevrdə Quru Qoşunlarının müxtəlif bölmələri habelə, havadan dəstək qüvvələri və Xatəmülənbiya(s.ə.s) havadan müdafiə qərargahı iştirak edir.
Manevrin sözçüsü general seyid Kamal Peymirinin dediyinə görə, manevrin ilk günündə sürətli reaksiya qüvvələrinin mümkün olan ən qısa zaman ərzində quru və hava yolu ilə müxtəlif əməliyyat bölgələrinə köçürülməsi həyata keçiriləcək.
Onun dediyinə görə, silahlı bölmələrin istənilən növ təhdid qarşısında əməliyyata hazırlıq səviyyəsinin yoxlanılması və daha da yaxşılaşdırılması habelə, hərbi təlimlərin keçilməsi manevrini əsas proqramlarındandır.
Manevrin sözçüsü əlavə edib: Sürətli reaksiya qüvvələrinin əməliyyat meydanındakı bacarıqlarının yoxlanılması, təcrübələrin ötürülməsi və potensiallardan istifadənin yaxışlaşdırılması, gənc komandanların əməliyyatlara rəhbərlik qabiliyyətinin yoxlanılması, təhdid qarşısında reaksiya sürətinin azaldılması habelə, yeni müdafiə sistemlərindən istifadə manevrin məqsədlərini təşkil edir.