Ruhani: Müsəlmanların və İranın gücünün təməlini vəhdət təşkil edir
-
Ruhani: Müsəlmanların və İranın gücünün təməlini vəhdət təşkil edir
İran İslam Respublikası prezidenti deyib: Müsəlmanlar və İranın gücünün təməlini vəhdət təşkil edir və ixtilafa doğru hərəkət, islam dininin prinsipindən uzaqlaşmaq deməkdir.
İİR prezidenti Həsən Ruhani bu gün Tehranda bir qrup sünni vətəndaşla görüşündə islam peyğəmbərinin(s) həyat tərzinin bütün müsəlmanların vahid nümunəsi olduğunu bildirərək deyib: Etnik və məzhəb çeşidliliyi nəinki təhlükəsizliyə qarşı təhdid deyil hətta vəhdət və milli inkişaf üçün böyük fürsətdir.
Həsən Ruhani İslam Respublikasının əvvəlindən etnik,dini və mədəni çeşidliliyi əsas götürdüyünü bildirərək deyib: Quran bütün müsəlmanları qardaşlığa yəni bir ailədə cəmləşməyə çağırıb və istər şiə istərsə də sünni vahid ailənin üzvləridirlər.
İran İslam Respubliksı prezidenti regionun qarşı-qarşıya durduğu problemlərə də toxunub: " Təkfirçilər müsəlmanlara və regiona ziyan vurmaq, beynəlxalq ictimaiyyətin ümumi fikrində Quran və islamın simasını zədələməkdən başqa heç bir iş görməmişdir.