Dek 11, 2016 19:44 Asia/Baku
  • Zərif qərbi Asiyanın beynəlxalq balansdakı rolunu vurğulayıb

İran İslam Respublikası xarici işlər naziri deyib: Asiyanın qərbində baş verənlər gələcək beynəlxalq balansa gözə çarpacaq təsir buraxacaq.

İRNA-nın veridiyi məlumata görə, İranın XİN başçısı Məhəmməd Cavad Zərif bu gün Tehranın təhlükəszik konfransında keçid dövrünün göstəricilərini şərh edərək deyib: Bu dövrdə artıq qərb prioritet deyil , indiyədək beynəlxalq quruluşda bütün dəyişikliklər qərbdə baş verirdi amma bu gün daha geniş miqyas alıb. 

Zərif deyib: Amerikanın ən çox fəaliyyəti Asiyanın qərbinə təmərküzləşib ona görə ki, Asiyanın qərbinin regiondakı balansa təsirinin digər regionlarla müqayisədə daha çox olduğuna inanırlar. 

İranın xarici işlər naziri Britaniyanın baş naziri Terza Minin Fars korfəzi əməkdaşlıq şurasının iclasına çağırılmasının səviyyəsizliyin sonu olduğunu bildirərək deyib: Balans içəridən olmalıdır , bir xanımı regiona gətirərək onun dilindən" biz sizə təhlükəsizlik balansı yaradacağıq" cümləsini dedirtməklə balans yaranmaz. 

İranın xarici işlər naziri hegemonçuluq dövrününü artıq sona çatmış olduğunu bildirərək deyib: Amerikanlar hegemoniyalarını icad edəcəkləri təssəvvürü ilə regionda müharibəyə girdilər və milyardlarla dollar xərcdən başqa bir nəticə götürmədilər. 

Teqlər