Dek 12, 2016 10:41 Asia/Baku
  • Muhəmməd Rəsulallah(s.ə.s.) manevri
    Muhəmməd Rəsulallah(s.ə.s.) manevri

Böyük "Muhəmməd Rəsulallah(s.ə.s.)-4" manevrinin ikinci günündə İran ordusunun quru qoşunları ölkənin cənub-şərqində "Tufan" tipli izləyici raketlərini uğurla sınaqdan keçiriblər.

Bu manevrin sözçüsü, ikinci dərəcəli briqada generalı Seyid Kamal Peyəmbəri deyib: Ölkənin müdafiə sənayesi mütəxəssisləri tərəfindən düzəldilmiş Tufan raketinin atış məsafəsi, atış sistemi, təsir göstərmə və yüksək dəqiqlik hissəsində edilmiş dəyişiklər bu manevrdə hava-desant qüvvələrinin gənc pilotları tərəfindən həyata keçirilib.

General Peyəmbəri əlavə edib: Zirehə qarşı atəşlər, şose yollarında maneələrin yaradılması, ətrafdan əməliyyatın icra olunması, elastiklik qabiliyyətinə malik olan ordunun quru qoşunlarının sürətli reaksiya bölmələrinin pusqu əməliyyatının həyata keçirilməsi, iri atəş həcmi və sahil hava hücumundan müdafiənin icrası ilə qəfil şokun həyata keçirilməsi manevrin bu etapının bölmələrindəndir.

Teqlər