Ruhani: İstehsal qüdrətinin artması İranın milli qüdrətinin yüksəlməsinə zəmin yaradır
-
İran İslam Respublikası prezidenti Həsən Ruhani
İran prezidenti deyib: İqtisadi bölmələrin hər birində istehsal qabiliyyətinin artırılması İran İslam Respublikasının istiqlaliyyətinə zəmanət, eləcə də müqavimət və bəhsetmə qüdrətinin yüksəldicisidir.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün səhər Tehranda buğda üzrə iqtisadi müstəqillik festivalında ölkənin neft istehsalının ötən on ay ərzində iki milyon 300 min barelə çatmasına toxunaraq, deyib: Nüvə müzakirələri uğurundan sonra həyata keçmiş bu istehsal artımı OPEK-in son Vyana iclasında İranın neft sənayesi rəsmilərinin bəhsetmə qüdrətinin artmasına zəmin yaratdı.
İran İslam Respublikası prezidenti İranın OPEK-in son Vyana iclasındakı uğurunu neft sahəsində nüvə anlaşması kimi digər bir uğurlu addım adlandırıb və belə əlavə edib: Bu müvəffəqiyyət İsrail rejimi, eləcə də yanlış siyasət yeridən region ölkələrindən biri üçün məğlubiyyət yaratdı.
Ruhani həmçinin deyib: Kənd təsərrüfatı məhsulları istehsalının artması qida təhlükəsizliyi, ümumi milli istehsalın inkişafı və məşğulluq sahəsindəki roldan əlavə, İranın istiqlaliyyəti, müqaviməti və milli qüdrətinin yüksəlişi üçün zəmin yaradır.
İran prezidenti vurğulayıb: İran İslam Respublikası müxtəlif sahələrdə, o cümlədən nüvə anlaşmasında, OPEK müzakirələrində, təyyarə alqısında və kənd təsərrüfatı məhsullarının istehsalında diqqətəlayiq uğurlar qazanıb və gələcəkdə də iqtisadi sahələrdə başqa uğurlar qazanacaqdır.
"İran Air" və "Boeing" aviasiya şirkətləri bazar günü Tehranda 80 ədəd təyyarə alqısı barədə müqavilə imzalayıblar. "Boeing" aviasiya şirkətindən 80 ədəd təyyarənin satın alınmasının dəyəri 16 milyard 600 milyon dollardır.