İnqilab Rəhbəri: Düşmənlər İran yeniyetmələri və gənclərinə nüfuz etməyə çalışırlar
İslam İnqilabının Böyük Rəhbəri düşmənlərin iqtisadi, siyasi və mədəni baxımdan İrana nüfuz etmək üzrə səylərini İran yeniyetmələri və gənclərinə nüfuz üçün düşmənin məqsədlərindən biri adlandırıblar.
İslam İnqilabının Böyük Rəhbərinin informasiya portalının verdiyi məlumata görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə axşamı günü İmam Xomeyni (rə) Hüseyniyyəsində Tehran şəhəri üzrə 2 min məktəblinin həddi-buluğa çatması üzrə təşkil olunan mərasimdə əlavə ediblər: İran xalqının bugünkü övladları və sabahın müdirləri və böyükləri olacaq yeniyetmələr ictimai toplantılarda aktiv və fəal iştirakla düşmənin bu məkrli planı qarşısında toxunulmazlıqda təsirli rolu oynamalıdırlar.
İslam İnqilabının Böyük Rəhbəri həddi-buluğ anını əhəmiyyətli adlandıraraq mənəvi buluğ dövrünə daxil olmağı xatırladıb və əlavə ediblər: Fərdi və ictimai inkişafın sirri Allahla əlaqənin qorunmasındadır və bu gün qərbin tənəzzülə uğramış sivilizasiyasının ən böyük nöqsanı Allahla əlaqənin kəsilməsidir.
Həzrət Ayətullahülüzma Xamenei yeniyetmələri şəhidlərdən örnək almağa çağırıb və deyiblər: Əziz şəhidlər gənclik və yeniyetməlikdə milli müstəqilliyin müdafiəsi, ölkənin inkişafı, düşmənlərin şərrini dəf etmək məqsədilə ən dəyərli olan vasitə, yəni öz canlarını Allah yolunda qurban verdilər.
İnqilab Rəhbəri Allahla əlaqə qurmağın ən yaxşı yolunu namaz və Quran qiraəti adlandırıb və deyiblər: Namazda insanın xitab etdiyinin qadir Allah-taala olması reallığına diqqət yetirmək təvəkkül, şücaət və özünə etimada səbəb olur. Buna görə, namazı ilk vaxtında və diqqətlə qılın və Quranla və onun nurlu və hidayətedici mənaları ilə daim ünsiyyət qurun.