Dek 16, 2016 20:18 Asia/Baku
  • İran İslam Respublikası prezidenti Həsən Ruhani
    İran İslam Respublikası prezidenti Həsən Ruhani

İran İslam Respublikası prezidenti islam ölkələrinin dövlət başçılarına ayrı-ayrı müraciətlərdə islamın əziz peyğəmbəri Həzrət Məhəmməd Mustafanın (s.ə.s) səadətli viladətinin gəlib çatması münasibəti ilə onları təbrik edib.

İran İslam Respublikası prezidenti Həsən Ruhani cümə günü günortadan sonra islam ölkələrinin dövlət başçılarına ayrı-ayrı müraciətlərdə ümidvarlıq edib ki, xeyir və rəhmət müjdəçisi, böyük yaranışın təzahürü və yaxşılıqlar örnəyi olan əziz islam peyğəmbərinin səadətli viladətinin bərəkəti ilə müsəlman xalqlar arasında qardaşlıq və dostluq bağları daha da genişlənəcəkdir.

Ruhani bu müraciətdə bildirib: İslam ölkələri bu qiymətli irsdən faydalanmaqla və əlavə səylər göstərməklə islamın rəhmli və nurlu simasını dünyaya əks etdirməlidir.

İran prezidenti əlavə edib: Məhəmməd ümməti vəhdətlə və həmrəyliklə və peyğəmbərin zülal çeşməsindən dərs almaqla islam ölkələrində tam sülh, dinclik və stabilliyin yaranmasına şərait yaradacaqdır.

Sünnilər 12 rəbiüləvvəli, şiələr isə 17 rəbiüləvvəli əziz islam peyğəmbərinin viladətinin ildönümü günü hesab edirlər. İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni (rə) islam dünyasının birliyinin gücləndirilməsi məqsədilə bu iki tarix arasındakı günləri Vəhdət Həftəsi adlandırmışlar.

Teqlər