AEBA baş direktoru Tehrana gəldi
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Əhatəli Müştərək Təşəbbüs Proqramını icrası barədə İran rəsmiləri ilə görüşərək danışıqlar aparmaq məqsədilə ötən gecə Tehrana daxil olub.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukio Amanonu İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi qarşılayıb.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi bundan öncə verdiyi bəyanatda bildirmişdi ki, Amanonun Tehran səfəri agentlik və İranın yüksək səviyyəli rəsmilərinin normal təmaslarının bir hissəsidir.
Səfərlə yanaşı qeyd edək ki, İran Amerikanın Əhatəli Müştərək Təşəbbüs Proqramında öz öhdəliyinə sadiq qalamasına yəni İran əleyhinə sanksiyaların müddətinin uzadılmasına etiraz edir.
Amerika Senatı Nümayəndələr Palatasının təsdiqi ardınca əleyhinə səs olmadan 99 lehinə səslə İran əleyhinə sanksiya qanununun müddətini 10 il uzatdı. Beləliklə ABŞ Konqresi 2026-cı ilin sonuna qədər İran əleyhinə sanksiyaların davam etməsinə səs verdi.
ABŞ prezidenti Barak Obama da İran əleyhinə sanksiyaların müddətinin uzadılmasına icazə verdi. Lakin İran sanksiyalarını icra mərhələsinə gətirəcək qanunu imzalamaqdan boyun qaçırdı.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik dəfələrlə İranın nüvə anlaşması qarşılığında öz öhdəliklərini yerinə yetirdiyini bildirmişdir.