Dek 18, 2016 12:53 Asia/Baku
  • Vilayəti: Hələbin azadlığı qələbələrin zirvəsidir
    Vilayəti: Hələbin azadlığı qələbələrin zirvəsidir

İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri Suriyanın Hələb şəhərində terrorizm qarşısındakı qələbəni qələbələrin zirvəsi və İraqın Mosul şəhərinin azad olunmasına şərait adlandırıb.

İRİB-in məlumatına görə, Əli Əkbər Vilayəti Livanın əl-Əhd xəbər portalı ilə müsahibədə əlavə edib: Suriyanın Hələb şəhərində qələbə ötən 5 il ərzində terrorizmlə mübarizədə ən önəmli qələbədir və bu qələbə digər qələbələrin başlanğıcıdır. 

Vilayəti bildirib: Terrorçular ardıcıl məğlubiyyətlə üzləşəcəklər və müqavimət cəbhəsinin xeyrinə qələbələr davam edəcək.

İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri Ərəbistan, Qətər, Türkiyə, Amerika və Avropanın Hələbin işğalında terrorçulara dəstək verdiyini qeyd edib.

Teqlər