İranın polad ixracatı artıb
Yan 03, 2017 09:52 Asia/Baku
-
İranın polad ixracatı artıb
İranın ötən bir ildəki polad ixracatı 3 milyon 700 min tonu ötüb keçibdir.
IRNA İran Polad İstehsalçıları Cəmiyyətinin bəyanatına istinadla bildrib ki, xam polad ixracatının 51%-lik artımı ilə ötən bir ildə bu strateji məhsulun eksportu üç milyon 742 min tona çatıbdır.
İran 2026-cı il üfüqündə 55 milyon xam polad istehsalına nail olmağı proqnoz edibdir ki, bu rəqəmin təqribən 15 milyon tonu ixracatın payına düşür.
Hazırda İran dünyada 14-cü polad istehsalçısı sayılır və regionda Türkiyədən sonrakı yerdə durur.