Yan 09, 2017 15:49 Asia/Baku
  • İran İslam Respublikasının prezidenti
    İran İslam Respublikasının prezidenti

İran İslam Respublikasının prezidenti mərhum Ayətullah Haşimi Rəfsəncanini İslam inqilabı və islami hərəkat dövrünün misilsiz şəxsiyyəti adlandırıb.

İİR prezidenti Həsən Ruhani bu gün Tehranda Cəmaran hüseyniyyəsində Ayətullah Haşimi Rəfsəncaninin cənazəsi ilə vidalaşma mərasimində müxbirlərə verdiyi açıqlamasında deyib: İslami hərəkat dövründən başlayaraq islam inqilabının qələbəsinədək əsas və çətin məsuliyyətlər bu böyük mübarix şəxsiyyətin üzərində idi. 

İran prezidenti deyib: Mərhum Ayətullah Haşimi Rəfsəncani inqilabın bütün mərhələlərində, elan olunmamış müharibədən sonrakı  yenidən qurma dövründə, özündən misilsiz qəhrəmanlıq nümayiş etdirdi və heç vaxt səhnəni tərk etmədi, problemlər onu tutduğu yoldan ayıra bilmədi. 

Ruhani deyib: Mərhum Ayətullah Haşimi Rəfsəncani həyatının və bərəkətli ömrünün son anınadək islam inqilabının böyük rəhbərinin köməkçisi idi və İran xalqı və islam inqilabının başı ucalığı və əzəməti üçün böyük arzuları var idi. 

İİR prezidenti deyib: Ayətullah Haşimi Rəfsəncaninin yolunu davam etdirmək üçün hamı xüsusiylə də gənclər səhnədə qalmalı, islam inqilabı və quruluşu xalqın və islam inqilabının böyük rəhbərinin istədiyi layiqli nöqtəyə çatdırmalıdırlar. 

İranın İslami Şura Məclisinin sədri Əli Laricani də parlamentin bu günkü iclasında Ayətullah Haşimi Rəfsəncaninin dünyasını dəyişməsindən kədərləndiyini bildirərək deyib: Mərhumun adı islam inqilabı ilə həmişə yanaşı olmuşdur və bu gün də belədir. 

Laricani deyib: Ayətullah Haşimi Rəfsəncani müxtəlif əks-inqilabçı qrupların məkrli planlarını zərərsizləşdirməkdə sarsılmaz iradəyə malik idi, o mərhumun İran xalqını ümidvar saxlamaqda , terrorçu münafiqlər qruplaşması ilə mübarizədəki rolu qabarıqdır. 

Ayətullah Haşimi Rəfsəncani dünən axşam ürək infarktı keçirərək Tehranın Təcriş şəhidləri xəstəxanasında dünyasını dəyişmişdir. 

Teqlər