Yan 09, 2017 15:50 Asia/Baku
  • Ayətullah Haşimi Rəfsəncanının cənazəsinə meyit namazını islam inqilabının böyük rəhbəri qılacaq
    Ayətullah Haşimi Rəfsəncanının cənazəsinə meyit namazını islam inqilabının böyük rəhbəri qılacaq

İİR quruluşun məsləhət şurası sədrinin ümumi əlaqələr üzrə müavini deyib: İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullah Xamenei sabah səhər çağı Ayətullah Haşimi Rəfsəncanının cənazəsinə meyit namazı qılacaq.

Həmzə Xəlili bu gün İRNA-ya verdiyi müsahibədə deyib: Ayətullah Haşimi Rəfsəncaninin ailəsinin son qərarına görə, məsləhət şurasının mərhum sədrinin cənazəsi İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin(r.ə) pak məqbərəsinin daxilində dəfn ediləcəkdir. 

Xəlili deyib: Mərhum Ayətullah Haşimi Rəfsəncaninin cənazəsinin dəfn mərasimi sabah saat 10-da Tehran universitetində başlanacaq. 

Ayətullah Haşimi Rəfsəncani ilə vida mərasimi bu gün səhər çağı prezident, ölkənin siyasi və hərbi rəsmiləri eləcədə müxtəlif xalq kütlələrinin iştirakı ilə Tehranın Cəmaran hüseyniyyəsində keçirilib. 

İranın məsləhət şurasının sədri Ayətullah Haşimi Rəfsəncani dünən ürək infarktı keçirərək Tehranın Təcriş şəhidləri xəstəxanasında dünyasını dəyişmişdir. 

Teqlər