İrana 300 kg-dan çox zənginləşdirə bilər
-
Seyid Abbas İraqçı
Əhatəli Müştərək Təşəbbüs Proqramının(ƏMTP) müştərək komissiyasında iranlı müzakirə heyətinin sədri Seyid Abbas İraqçı wall street journal-ın xəbərini təkzib edərək deyib: ƏMTP-nin müştərək komissiyasının razılaşmasına əsasən İran əlavə maddə zənginləşdirə biləcək.
İRİB-in müxbirinin verdiyi məlumata görə, Seyid Abbas İraqçı deyib: çərşənbə axşamı günü ƏMTP-nin müştərək komissiyası Vyana iclasının sonunda İranın Nətənz zənginləşdirmə təsisatlarından çöküntülərin təmizlənilməsi üçün verdiyi layihə ilə razılaşıb.
İraqçı deyib: Bu layihəyə əsasən borulardan çıxarılan zənginləşdirilmiş maddələrin çöküntüləri İranın 300 kg zənginləşdirilmiş maddələri daxilində hesablanmayacaq və beləliklə İran əlavə maddələr zənginləşdirməyə qadir olacaq.
Vyana iclasının davamında ölkələr özlərinin ƏMTP çərçivəsindəki öhdəliklərinin icrasına tam sadiq olduqlarını, bu proqramın icrasını əngəlləyə biləcək hər hansı təşəbbüsdən çəkinilməsini vurğulayıblar və ABŞ-ın irana qarşı sanksiya qanunu İSA-nın və ƏMTP-a xələl gətirəcək hər hansı qanunun təsirsiz qalmasının vacibliyini vurğulayıblar.