Tehranın cümə namazı xitabətçisi: Qan tökən islam düşmənləridir
Tehranın cümə namazı xitabətçisi deyib: İnşaallah Mosul tezliklə azad ediləcək və İraqa davamlı təhlükəsizlik qayıdacaq.
Ayətullah Məhəmməd İmami Kaşani Tehranın bu həftəki cümə namazı xütbələrində deyib: Yeni Yaxın Şərq icad etmək və İraq və Suriyanı parçalamağı planlaşdıran dünyanın zalım qüvvələrinin bütün rövyalarını Allah-taala və islamın şücaətli əsgərləri alt-üst etdilər. Ümid edirik ki, Allahın lütfü ilə İraq ordusu və xalq qüvvələrinin yeni qələbələrə imza atdıqları Mosul əməliyyatı tezliklə iraqlıların qələbəsi ilə bitəcək və qatil cinayətkar İŞİD və onların himayədarları məhv olacaqlar.
Ayətullah İmami Kaşani deyib: İŞİD-i icad edən bəzi müsəlman ölkələrin hökmranlarını Allah zəlil etsin və bu fitnə onların özlərinə qayıtsın, inşaallah!
Tehranın müvəqqəti imam cüməsi dünyanın zalım qüvvələrinin həmişə islam dinini kobud göstərməyə çalışdıqlarını xatırladaraq deyib: İslam sivilizasiyası əziz islam peyğəmbərinin(s.ə) rəftar tərzini əsas götürərək böyük sivilizasiya sayılır və bütün qan tökmələr və zorakılıqlar islam düşmənlərindən mənşə alır.
Ayətullah İmami Kaşani xalqın Ayətullah Haşimi Rəfsəncaninin dəfn mərasimindəki milyonluq iştirakına toxunaraq deyib: Bu iştirak xalqın vəhdəti və onun İran İslam Respublikası rəhbərliyinə dəstəyinin göstəricisi idi.