Nüvə anlaşmasından sonra Amerika öz vədinə xilaf çıxıb
-
Seyid Abbas İraqçı
İran xarici işlər nazirinin müavini deyib: İran İslam Respublikası ötən bir ildə Amerika və bəzi digər ölkələrin nüvə anlaşmasının icrasında əhdə xilaf çıxması, ləngimələri, təxir siyasətləri və düşmənçiliyi ilə üzləşmişdi.
İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Seyid Abbas İraqçı bazar günü Tehranda Nüvə Anlaşmasının ilk ildönümü ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib: Amerikalılar və avropalılar ötən bir ildə nüvə anlaşmasının icrası istiqamətində bacardıqları qədər əngəllər yaratdılar. Lakin İran bu əngəllərlə mübarizə apardı və maneələri aradan qaldırmağa çalışdı.
İraqçı deyib: BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramını dünyanın qanuni proqramı olaraq elan edib və bu nüvə proqramı öz yolunu var-gücü ilə davam etdirir və bu sahədə inkişaf və araşdırma da aparılmaqdadır.
İran xarici işlər nazirinin müavini bildirib: İran sənaye zənginləşdirməsinə çatacaq və digər ölkələrlə sülhməralı nüvə əməkdaşlıqları aparılmaqdadır.
İraqçı əlavə edib: Enerji, neft, qaz və neft-kimya, nəqliyyat, maliyyə və bank sektorlarında İran əleyhinə sanksiyalar ləğv olunub və bütün neft gəlirləri ödənməkdədir.
Nüvə Anlaşmasının İcrası Komitəsinin iranlı həmsədri deyib: Nəqliyyat, gəmiçilik, gəmilərin sığortası və limanlara yan almaq kimi maneələr həll olunub və bank sanksiyaları sahəsindəki hazırkı problemlərin bəzisi nüvə anlaşması ilə əlaqədar deyil.
İran xarici işlər nazirinin müavini Vyanada Amerika heyəti ilə son müzakirələrin detalları haqda da deyib: İranın nüvə anlaşması və onun gələcəyi sahəsində bəzi texniki məsələlər istisna olmaqla, Amerika heyəti ilə müzakirəsi yoxdur.
Amerikada nüvə anlaşmasının gələcəyi haqda qərarın bu ölkənin yeni prezidenti verəcəyini bəyan edən İraqçı bildirib: İranın Amerika ilə nüvə müzakirələri sona çatıb və İran Amerikanın növbəti hökuməti ilə nüvə anlaşması barədə siyasi müzakirələrə girməyəcək.