Yan 15, 2017 18:47 Asia/Baku
  • İran üç bəhreynli məhbusun edamını pislədi

İran İslam Respublikası Xarici İşlər Naizrliyinin sözçüsü Ali-Xəlifə rejiminin üç bəhreynli gənc məhbusu edam etməsini pisləyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bazar günü bildirib: Üç Bəhreyn vətəndaşının mühakiməsi prosesinin qeyri-şəffaf və ədalətsiz olması beynəlxalq dairələr, insan haqları və ictimai təşkilatlar tərəfindən də təsdiqlənmişdir.

Qasimi əlavə edib: Bəhreyn hökuməti bu ölçülməmiş addımı ilə bir daha Bəhreyn böhranından xilas olmaq üçün yolun açılması və dinc həll yolu ardınca olmadığını göstərdi. Çünki təhlükəsizlik və repressiv metodlar və müdafiəsiz etirazçıları qırğın etməkdə israrlıdır.

İran XİN sözçüsü deyib: Təəssüfləndirici haldır ki, Bəhreyn vətəndaşları və onların dini və siyasi rəhbərləri və beynəlxalq dairələrin bu ölkə böhranının danışıqlar yolu ilə həllini vurğuladıqları halda, Ali-Xəlifə təhlükəsizlik tədbirlərini gücləndirərək, təzyiqlər yaradaraq və siyasi məhbusları edam edərək bu ölkəni tam siyasi çıxılmaz vəziyyətə yönəldir.

Üç bəhreynli gənc Sami Müşəymə, Əli Sənkis və Abbas Səmi bazar günü səhər 2014-cü il mart ayının üçündə Əd-Diyə bölgəsində polis qüvvələrinə hücum etmək ittihamı ilə edam olunublar.

Bəhreynli üç gəncin edamı bu ölkənin hər bir yerində vətəndaşların qəzəbinə səbəb olub.

Teqlər