İran tankerləri Avropa limanlarına qayıdıblar
İranın Milli Neftdaşıma Şirkətinin sərəncamçı müdiri iranlı tankerlərin Avropa limanlarına gediş-gəlişlərinin başlanmasından xəbər verib.
IRNA-nın məlumatına görə, İranın Milli Neftdaşıma Şirkətinin sərəncamçı müdiri Sirus Kiyanersi bu gün nüvə anlaşmasının nailiyyətlərini şərh edərək, əlavə edib: Nüvə anlaşmasının icrası və sanksiyaların ləğvi ilə İranın Milli Neftdaşıma Şirkəti gəmilərinin sanksiya dövründə dayandırılmış Avropa limanlarına gediş-gəlişləri bərpa edilibdir.
Kiyanersi İspaniyanı İranın Milli Neftdaşıma Şirkəti gəmilərinin ilk müraciət nöqtəsi adlandırıb və deyib ki, İranın Milli Neftdaşıma Şirkətinin ilk gəmisi İspaniyanın Alcisras limanına yan alıb.
İranın Milli Neftdaşıma Şirkətinin sərəncamçı müdiri söyləyib: Beynəlxalq və Avropa bazarlarında təsirli və qüdrətli iştirak üçün bu şirkətin gəmilərinin digər Avropa limanlarına, o sıradan Hollandiya limanlarına gediş-gəlişləri başlanıbdır.
Kiyanersi həmçinin deyib: Tezliklə daha çox Avropa ölkəsi İranın tanker donanmasının müraciət nöqtələrinə əlavə olunacaq.
2016-cı il yanvarın 15-də MAQATE-nin İranın nüvə öhdəliklərini yerinə yetirməsi barədəki hesabatının yayılması ilə qarşı tərəf olan altılıq qrupunun da öz öhdəliklərinə əməl etməsi, yəni Qərbin İrana qarşı nüvə sanksiyalarının ləğvi prosesi də başlandı.