Yan 19, 2017 18:00 Asia/Baku
  • Tehran hadisəsi məkanında 64 təcili yardım maşını
    Tehran hadisəsi məkanında 64 təcili yardım maşını

Tehran Təcili Yardım Təşkilatının sədri deyib: İndiyədək hamısı yanğınsöndürən olan yetmiş nəfər çökmüş Plasko binasının uçqunları altından çıxarılıb.

Əsədullah Musəvi əlavə edib: Hadisənin ilk anlarından 64 təcili yardım maşını, 4 təcili yardım avtobusu və 15 təcili yardım motosiklini hadisə yerinə göndərdik. Bu gün səhərdən 10 yanğınsöndürmə məntəqəsinin məmurları öz vəsait və təchizatları ilə hadisə yerinə gediblər. 

O, söyləyib: Uçqunlar altından çıxarılmış 70 zədələnmiş şəxsdən 23-ü xəstəxanaya köçürülüb və yerdə qalanlar ayaqüstü müalicə olunubdur.

Musəvi əlavə edib: Bu şəxslərin bir qrupu ilk uçqundan çıxıb, zira öncə binanın üst altı mərtəbəsi uçub və tam uçqun baş verən zaman yanğınsöndürənlərdən savayı heç bir zədələnmiş şəxs uçqunlar altından çıxmayıbdır.

Plasko binasındakı yanğın və çökmə hadisəninin genişliyinə görə, hazırda otuz yanğınsöndürənin həyatı ilə bağlı nigarançılıq mövcuddur.

Bu gün səhərdən geniş yanğına düçar olmuş Plasko binası yanğının genişliyinə və binanın köhnəliyinə görə, tam şəkildə çökübdür.

Plasko binası Tehrandakı böyük və ticarət binalarından biri olaraq, 53 il bundan öncə tikilmişdi.

Bu 17 mərtəbəli bina İranda ilk uca və modern bina kimi yad edilir.

Teqlər