Yan 24, 2017 14:43 Asia/Baku
  • Birlik, İslam Dünyasında ifratçılığa qələbənin həll yoludur
    Birlik, İslam Dünyasında ifratçılığa qələbənin həll yoludur

İranın islami və mədəniyyət və irşad naziri birliyi İslam Dünyasında ifratçılığa qələbənin münasib həll yolu adlandırıb.

IRNA-nın məlumatına görə, Seyid Rza Salehi Əmiri bu gün "Məşhəd 2017-ci ildə İslam Dünyasının Mədəniyyət Paytaxtı" adlı iclasın açılış mərasimində əlavə edib: Hazırkı şəraitdə müsəlmanların düşmənləri ifratçılığa üz tutublar və bu arada sionistlər İslam Dünyasında təfriqə və ixtilaf salmaq sahəsində təsirli rol oynayırlar.

Salehi Əmiri hazırkı şəraitdə islami cəmiyyətlər arasında vəhdət və əxlaq çağırışının edilməsi vacibliyini vurğulayaraq, deyib: İslami Elm, Mədəniyyət və Təhsil Təşkilatı- ISESCO-nun İslam Dünyasının mədəniyyət paytaxtının seçilməsi üzrə meyarları da məhz bu əsasa söykənir.

Salehi Əmiri həmçinin qeyd edib ki, Məşhəd şəhərinin İslam Dünyasının mədəniyyət paytaxtı kimi seçilməsi birlik səsini dünya xalqlarına çatdıra bilər.

"Məşhəd 2017-ci ildə İslam Dünyasının Mədəniyyət Paytaxtı" adlı mərasim bu gün dünyanın 51 ölkəsindən 250 mədəni və siyasi şəxsiyyətin, eləcə də İranın ölkə və vilayət rəsmilərinin iştirakı ilə Məşhəddəki pak İmam Rza(ə) hərəminin Qüds zalında başlanıb və sabah başa çatacaqdır.

Teqlər