Plasko uçqunlarının götürülməsi əməliyyatı başa çatıb
Tehran merinin şəhər xidmətləri üzrə müavini deyib ki, Plasko binası uçqunların götürülməsi əməliyyatı cümə günü axşam başa çatıb.
IRNA-nın məlumatına görə, Moctəba Yəzadni əlavə edib: Uçqunların götürülməsi əməliyyatının bitməsilə bir vaxtda Plasko binasının cənub və şimal hissələrində divar çəkilişi əməliyyatı başlanıb.
Tehran merinin müavini sonra deyib: 9 sutka davam etmiş Plasko uçqunlarının götürülməsi əməliyyatının başlanmasından bəri 1700 yük maşını ilə 20 min ton daş-qalaq və dəmir tullantıları hadisə yerindən çıxarılıb.
Tehranın mərkəzində yerləşən Plasko ticarət binası yanvarın 19-da səhər çağı yanğına düçar oldu və təqribən üç saat sonra binanın 15 mərtəbəsi tamamilə dağılaraq uçdu.
İran yanğınsöndürənlərinin geniş yanğını söndürmək üçün vaxtında Plasko binasına gəlmələri və canfəşanlıqları bu binanın çökməsi zamanı daha böyük faciənin baş verməsinə mane oldu və bu cihadi və insani hərəkət sürətlə dünyaya yayıldı.
Bu hadisədə 16 iranlı yanğınsöndürən şəhid oldu və dörd vətəndaş da uçqunlar altında həyatını itirdi.
Tehran Təcili Yardım Mərkəzinin İctimai Əlaqələr Şöbəsinin müdiri də Plasko hadisəsində bədən xəsarəti alanların sayını 235 nəfər elan edib.