Moskva muzeyində "Gözəl İran" sərgisi
Rusiyanın paytaxtı Moskva şəhərində "Gözəl İran" fotosərgisi keçirilir.
Rusiya Elmlər Akademiyasının Dövlət Muzeyində “İran İslam Mədəniyyəti və İncəsənəti” sərgisi təşkil edilib. İran İslam İnqilabının qələbə çalmasının ildönümü münasibəti ilə təşkil edilmiş bu sərgi böyük rəğbətlə qarşılanıb.
İRİB-nin müxbiri:
Rusiya Elmlər Akademiyasının Dövlət Muzeyi ilk dəfə olaraq İran-İslam mədəniyyəti və incəsənəti sərgisinə ev sahibliyi edir. İran İslam İnqilabının qələbə çalmasının ildönümü münasibəti ilə təşkil edilmiş bu sərgi rusiyalı sənətkarlar, incəsənət xadimləri və adi vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Tatyana Metaska – Rusiya Dövlət Şərqşünaslıq Muzeyinin müdir müavini:
“Bu fotoşəkillərə baxdıqda İran mədəniyyəti və incəsənətinin əzəməti və gözəlliyini müşahidə etmək olar. Elə İran və Rusiya xalqlarını bir-birinə bağlayan da bu mədəni zənginlikdir.”
Mixail Mamedov – Moskva İncəsənət Universitetinin müəllimi:
“Mən indiyə kimi 15 dəfə İrana səfər etmişəm. Və bu şəkillərə baxmaq mənə böyük zövq verir. Bax, bura Şirazdır. Bura isə İsfahandır.”
İRİB-nin müxbiri:
Sərgidə nümayiş etdirilən fotoşəkillər İranın qədim tarixi məkanları, İslam-İran memarlıq nümunələrini, mədəni irsi, əlyazmaları, əl işləri, bədii yaradıcılıq, müasir İran və İslam İnqilabının qələbə çaldığı günləri özündə əks etdirir.
Marqarita Karatiqniya – Moskva İncəsənət Universitetinin müəllimi:
“İran mədəniyyəti və musiqisi ilə bağlı uzun illər araşdırmalar aparmışam. Rusiya xalqını uzun keçmişi olan İranın zəngin mədəniyyəti ilə tanış olmağa dəvət etmək istərdim.”
Heydəryan – İranın Rusiyadakı səfirinin müavini:
“Az iş görülüb. İki qonşu ölkəni bir-birinə daha artıq tanıtdırmaq lazımdır.”
İRİB-nin müxbiri:
7 gün davam edəcək bu sərgi İranın Rusiyadakı səfirliyinin mədəniyyət attaşeliyi və Rusiya Elmlər Akademiyasıın Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir.